Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında voleybol turniri keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşən yarışda SOCAR-ın qadınlardan ibarət komandası inamla mübarizə apararaq qalib adını qazanıb. Qurumun kişilərdən ibarət komandası isə fəxri kürsünün ikinci pilləsində yer alıb.