Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışı sona yetib.
24 dövlət qurumundan 45 iştirakçının qatıldığı turnirdə SOCAR komandasının təmsilçiləri də mübarizə aparıblar. Qadınlar arasında “SOCAR Polymer” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə böyük mütəxəssisi İlahə Hacıyeva ikinci, “Qaz İxrac” İdarəsinin əməkdaşı Fatimə Quliyeva isə üçüncü yeri tutub.
Kişilərin yarışında Qaz Emalı Zavodunun aparıcı iqtisadçısı Toğrul Mahmudov da eyni uğuru rəkrarlayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.