Bakı İdman Sarayında böyüklər arasında təşkil olunan cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
Yarışın sonuncu günündə komanda yarışları keçirilib. Qadınlar arasında “Neftçi-1” komandası qalib olub. Şuşa UGİM gümüş, “Cüdo Klub 2012” və Umbayev Cüdo Klubu isə bürünc medal qazanıb.
Kişilərin mübarizəsində isə yarımfinalda müəmmalı şəkildə məğlubiyyətlə üz-üzə qalan “Neftçi-1” komandası üçüncü yeri tutub.
Xatırladaq ki, “Neftçi” İdman Klubunun təmsilçiləri ölkə çempionatının fərdi yarışlarında inamla çıxış edərək 14 medala (4 qızıl, 5 gümüş, 5 bürünc) sahib olublar. Cüdoçularımız qazanılan medalların keyfiyyətinə və sayına görə ayrı-ayrılıqda kişi və qadın komandaları arasında qalib olmaqla yanaşı, həm də ümumi komanda hesabında birinci yeri tutublar.