• Noyabr 2, 2024
  • Redactor Neftchi
  • 0

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri davam edir.
Altıncı turda A qrupunda yer alan SOCAR komandası “Sumqayıt Texnologiyalar Parkı”nın kollektivi ilə qarşılaşıb. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında gerçəkləşən matçda SOCAR komandası güclü rəqibini 5:4 hesabı ilə məğlubiyyətə uğradıb və hazırda turnir cədvəlində liderliyini davam etdirir.