Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında paracüdoçularımız 6 medal (2 qızıl, 4 gümüş) qazanıblar. İdmançılarımızdan Tahir Əlizadə (60 kq) və İlahə Əzizzadə (+57 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər paralimpiyaçılarımız – Ömər Qurbanov (60 kq), Elxan Nəbizadə (73 kq), İlham Əzizzadə (+73 kq) və Elnarə Nizamlı (57 kq) isə gümüş medala layiq görülüblər.