“Neftçi” İdman Klubunun daha bir yunan-Roma güləşçisi Xasay Həsənli Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalına sahib çıxıb. Yetmiş yeddi kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız üçüncü yer uğrunda görüşdə gürcüstanlı Temuri Orjonikidze ilə üz-üzə gəlib. Rəqibi üzərində 7:1 hesabı ilə qələbə qazanan Xasay Həsənli fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha əvvəl Rəşad Məmmədov (55 kq) gümüş, Nihad Quluzadə (60 kq) isə bürünc medala layiq görülmüşdü.