Moldovanın paytaxtı Kişinyovda döyüş idman növləri üzrə klublararası açıq Avropa Kuboku keçirilib. Turnirdə 18 ölkədən 28 klubun idmançıları medallar uğrunda mübarizə aparıb.
“Neftçi” yarışda 6 idmançı ilə təmsil olunub. İdmançılarımızdan Eldar Abiyev (30 kq) “kick light” kateqoriyasında bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Əbülfəz Yaqubov (57 kq) da eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançılarımızdan Fəridə Quliyeva (44 kq) ikinci, Hikmət Nəsrullazadə (47 kq) isə üçüncü yeri tutub.