“Neftçi” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri (+100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turnirinin sonuncu günündə gümüş medala layiq görülüb. Təmsilçimiz finalda Valeri Endovitskiyə (AİN) məğlub olub.Xatırladaq ki, daha əvvəl klubumuzun digər idmançısı Zelim Tçkayev (81 kq) yarışın qızıl medalına sahib olmuşdu.