Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçisi Eltac Səfərli kişilərin yarışında rapid və blits turnirinin yekun nəticəsinə əsasən 14 xal toplayıb və ölkə çempionu olub.
Qadın şahmatçıların yarışında 12.5 xal toplayan Gülnar Məmmədova da eyni uğuru təkrarlayaraq qızıl medala sahib olub.
Qeyd edək ki, hər iki şahmatçımız ABŞ-ın Nyu-York şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.