Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri davam edir. Bu gün yarışda ikinci turun oyunları keçirilib.

SOCAR komandası “Oba market” kollektivi ilə qarşılaşıb. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında reallaşan görüşdə SOCAR komandası rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 9:0.Qeyd edək ki, turnirdə 40 komanda hərəsində 10-u olmaqla 4 qrupda mübarizə aparır.