“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Ağanəzər Novruzov Rusiyanın Vladiqafqaz şəhərində keçirilən “Xadartsov qardaşları kuboku” beynəlxalq turnirində mükafata layiq görülüb. Yetmiş dörd kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarışda inamla mübarizə apararaq yalnız final qarşılaşmasında məğlub olub və gümüş medal qazanıb.