Boksçularımız beynəlxalq turnirdə 2 medal əldə ediblər”Neftçi” İdman Klubunun təmsilçiləri Polşada keçirilən Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə uğurlu çıxış ediblər. İdmançılarımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) inamla mübarizə apararaq yarışın gümüş medalına yiyələniblər.