Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının idman zalında pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku yarışı keçirilib.

“Neftçi” İdman Klubunun 120 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçisi Azər Əliyev benç-press növündə ümumilikdə 220 kiloqram ağırlığın öhdəsindən gəlib və bu nəticə ilə qızıl medal qazanıb.

Bundan əlavə, idmançımız mütləq çəkidə də çempion olub.