Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib. Bulvar ərazisində təşkil olunan yarışda iştirakçılar kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda, kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda yarışıblar.K-2 kateqoriyası üzrə yarışda SOCAR komandasından Etibar Əsədov-Elşad Kərimov cütlüyü qalib adını qazanıb.

Eyni kateqoriyada qarışıq komanda yarışında çıxış edən İlahə Hacıyeva və Etibar Əsədovdan ibarət SOCAR komandası isə üçüncü yeri yutub.