Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçirilib. Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş gerçəkləşib.

“Neftçi” İdman Klubunun təmsilçisi, dünya çempionatının mükafatçısı Sərxan Əliyev (71 kq) monqolustanlı Monx-Erdene Urançimeq ilə üz-üzə gəlib və güclü rəqibini məğlubiyyətə uğradıb.