Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Artıq dördüncü ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu gün xalqımız Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ruhuna dualar oxunur.
Qeyd edək ki, bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.