Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.

Hörmətli neft sənayesi işçiləri, sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edir, Vətənimiz Azərbaycanın işıqlı sabahı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar diləyirik.

Əziz neftçilər, bayramınız mübarək!