“Neftçi” İdman Klubunun sumo güləşçiləri Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında 2 medala yiyələniblər. Təmsilçilərimizdən 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Şərif Abdullah və Çingiz Səmədov (100 kq) mundialın bürünc medalına layiq görülüblər.