Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında 3×3 basketbol turniri keçirilib.

Su İdmanı Sarayının Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında SOCAR komandası fəxri kürsünün üçüncü pilləsində yer alıb.