“Neftçi” İdman Klubunun parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. K44 kateqoriyasında mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn paralimpiyaçımız bürünc mükafata sahib olub.
Qeyd edək ki, bu, Azərbaycanın Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.
Paris Paralimpiadası sentyabrın 8-dək davam edəcək.