SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turniri davam edir.
Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan yarışda bu gün qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
Qeyd edək ki, yarışda 28 komanda hərəsində 4-ü olmaqla 7 qrupda mübarizə aparır. Qrup mərhələsində ilk iki yeri tutmuş komandalar, eləcə də üçüncü pillədə qərarlaşan və ən yaxşı nəticəyə sahib olan iki komanda final mərhələsinə vəsiqə qazanacaq. Turnir sentyabrın 21-dək davam edəcək.
İkinci turun nəticələrini təqdim edirik:
SOCAR Upstream –
AZFEN – 1:10
Sosial İnkişaf İdarəsi – Karbamid Zavodu – 2:4
“Neftqaztikinti” Tresti – Təhlükəsizlik İdarəsi – 4:1
Neft Kəmərləri İdarəsi –
“Qaz İxrac” İdarəsi – 0:2
Metanol Zavodu – Bakı Ali Neft Məktəbi – 2:4
EKOL- “Azneft” İB – 2:5
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi –
“SOCAR Polymer” Zavodu – 1:7
Məişət Maye Qaz – “Azservis” MMC 2:2
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – “Neftqazelmitədqiqatlayihə” İnstitutu – 1:1
SOCAR Downstream – “SOCAR Midstream – 13:0
“Azərkimya İB – “Azəriqaz” İB – 0:4
SOCAR Baş Ofis – SOCAR KBR – 1:3
Gulf Drilling – “Balaxanı” ƏŞ – 0:2
“Suraxanı” ƏŞ – “SOCAR Petroleum” 0:2