Neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib. Türkan qəsəbəsində yerləşən “Algo Beach” çimərliyində təşkil olunan turnirdə 13 müəssisədən 25 komandanın (7 qadın, 18 kişi) tərkibində 75 iştirakçı (21 qadın, 54 kişi) mübarizə aparıb. Yeri gəlmişkən, yarışın yüksək səviyyədə keçirilməsi üçün yaratdığı şəraitə görə “Algo Beach” çimərliyinin rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımızı bildiririk.
Turnirin sonunda qadınlar arasında Sosial İnkişaf İdarəsinin komandası qalib adını qazanıb. “SOCAR Polymer” MMC ikinci, Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində “SOCAR-Foster Viler Mühəndis Xidmətləri” MMC-nin komandası liderliyə yüksəlib. “BOS Şelf MMC-2” gümüş, “BOS Şelf MMC-1” komandası isə bürünc medala sahib olub.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən kubok, diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.