Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
“Neftçi” İdman Klubunun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçusu Hidayət Heydərov (600 xal) reytinq siyahısında birinci pilləyə yüksəlib.