“Neftçi” İdman Klubunun təmsilçiləri bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, idmançılarımız ilin birinci yarısı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda inamla çıxış edərək 167-si qızıl, 150-si gümüş və 201-i bürünc olmaqla, ümumilikdə 518 medal qazanıblar. Atletlərimiz dünya yarışlarında 14 medal (7 qızıl, 7 gümüş), Avropa yarışlarında 66 (30 qızıl, 16 gümüş, 20 bürünc), BRİKS İdman Oyunlarında 15 (1 qızıl, 5 gümüş, 9 bürünc), “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 2 (1 gümüş, 1 bürünc), beynəlxalq turnirlərdə isə 101 medala (35 qızıl, 25 gümüş, 41 bürünc) yiyələniblər. Respublika səviyyəli yarışlarda 156 dəfə (41 qızıl, 50 gümüş, 65 bürünc) fəxri kürsüdə yer alan klubumuzun yetirmələri paytaxt yarışlarında 66 (19 qızıl, 21 gümüş, 26 bürünc), digər yarışlarda isə 98 medal (34 qızıl, 25 gümüş, 39 bürünc) əldə ediblər.