“Neftçi” İdman Klubunun paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Reytinq Turnirində uğurlu çıxış edib. Təmsilçimiz 10 metr məsafəyə güllə atma yarışında 561 xal toplayaraq gümüş medala yiyələnib.

Xatırladaq ki, Kamran Zeynalov ötən il Peruda keçirilən dünya çempionatında Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.