İranın İsfahan şəhərində zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda “Neftçi” İdman Klubunun təmsilçisi Orxan Xanlarov (çərxi-çəməni) gümüş medal qazanıb. İdmançımız çərxi-tiz növündə isə bürünc medala layiq görülüb. Orxan Xanlarov komanda yarışında da mübarizə aparıb və gümüş medala sahib çıxıb.