“Neftçi” İdman Klubunun güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan-2024″ beynəlxalq multi-idman oyunlarını 5 medala başa vurublar. Sərbəst güləşçilərimizdən Orxan Abasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Arif Niftullayev (97 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ziya Babaşov (63 kq) gümüş, Sərxan Məmmədov (130 kq) isə bürünc medala layiq görülüb.