“Neftçi” İdman Klubu adından xalqımızı islam aləminin ən sevimli bayramlarından olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Həmrəylik, humanizm, mərhəmət rəmzi olan bu əziz gündə dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunmasını diləyirik. Mübarək bayramın hər birinizin ailəsinə əmin-amanlıq , ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirməsini arzulayırıq.