“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub. Altmış üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçisi Hacı Əliyev (65 kq) bürünc medal əldə edib.