Dünya
Güləş Birliyi Rio de Janeyro-2016 Yay Olimpiya Oyunları öncəsi güləşçilərin
yeni reytinq cədvəlini açıqlayıb.Reytinq
siyahısını “Neftçi İdman Klubu”nun təmsilçiləri üçün uğurlu hesab etmək olar.
Belə ki, klubumuzun sərbəst güləşçilərindən Hacı Əliyev, yunan-Roma güləşçilərindən
isə Rəsul Çunayev reytinq siyahısında liderliyini qoruyub. İlk onluqda yer alan
sərbəst güləşçilərdən Toğrul Əsgərov beşinci pillədə qərarlaşıb. Yunan-Roma güləşçilərinin
onluğuna daxil olan idmançılarımızdan isə Rövşən Bayramov ikinci sıradadır.Xatırladaq
ki, Braziliyanın Rio de Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya
Oyunlarında “Neftçi İdman Klubu”nun sərbəst güləşçilərindən Hacı Əliyev (57 kq)
və Toğrul Əsgərovun (65 kq), yunan-Roma güləşçilərindən isəRövşən
Bayramov (59 kq), Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyevin (75 kq) mübarizə
aparacağı güləş yarışları avqustun 14-21-də keçiriləcək.