Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Avropa kuboku başa
çatıb. Gənclər arasında keçirilən yarışda 35 ölkədən 391 idmançı (250 oğlan,
141 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.Azərbaycan milli komandası turnirdə 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil
olunub. Gənc cüdoçularımız mötəbər yarışda uğurla çıxış edərək 8 medala (1
qızıl, 3 gümüş, 4 bürünc) sahib olublar.”Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış idmançılarından
dördü mükafatçılar arasına düşməyə müvəffəq olub. Təmsilçilərimizdən 90 kq çəki
dərəcəsində çıxış edən Aslan Mirzəyev yalnız həlledici final qarşılaşmasında məğlubiyyət
acısı yaşayıb və Avropa kubokunun gümüş medalına layiq görülüb. Natiq Qurbanlı
(55 kq), Hidayət Heydərov (73 kq) və Azər Yaqubov (90 kq) isə yarışı 3-cü yerdə
tamamlayıblar.