Serbiyanın
Subotiça şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa birinciliyi
davam edir.”Neftçi İdman
Klubu”nun yığmanın heyətində yer alan pəhləvanı Əsgər Məmmədəliyev (42 kq) sərbəst
güləşçilər arasında təşkil olunan yarışda mübarizəyə səkkizdəbir finaldan
başlayıb. İlk görüşündə o, latviyalı Arturs Karabansı 15:4 hesabı ilə məğlub
edib. Növbəti qarşılaşmada Ermənistan idmançısı Razmik Papikyan üzərində inamlı
qələbə qazanan (4:2) Məmmədəliyev yarımfinalda Türkiyə təmsilçisi Kara Doğana
uduzub (4:8) və bürünc medal uğrunda mübarizə aparmalı olub. Üçüncü yer uğrunda
görüşdə polşalı Kristian Brezinskiyə heç bir şans verməyən güləşçimiz vaxtından
əvvəl qələbə qazanaraq (10:0) Avropa birinciliyinin bürünc medalına sahib olub.