“Neftçi
İdman Klubu” İctimai Birliyi neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri
arasında növbəti dəfə şahmat turniri təşkil etdi. İyulun 18-19-da Suraxanı
rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində
keçirilmiş yarışda Nəqliyyat İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu,
“Qaz İxrac” İdarəsi. H.Z.Tağıyev adına NQÇİ, Qaz Anbarlarının İstismarı İdarəsi,
“Abşeronneft” NQÇİ və “28 May” NQÇİ-nin komandaları
mübarizə aparırdılar.Heydər
Əliyev adına Neft Emalı Zavodunun komandası şahmat turnirinin qalibi adını
qazandı. Nəqliyyat İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsinin komandası isə 3-cü yeri
tutdu.Yarışda
1-ci, 2-ci və 3-cü yeri tutmuş komandaların üzvləri “Neftçi İdman Klubu” tərəfində
diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.