Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında güləş üzrə Avropa
birinciliyinə start verilib. Yarışın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə
çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.Azərbaycan yığması günü 1 qızıl və 1 gümüş medalla başa vurub.Qızıl medalı ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçisi Mikayıl Rəhmanov
(60 kq) qazandırıb. Güləşçimiz əvvəlcə almaniyalı Etienne Kinsinger, ardınca isə
Rumıniya idmançısı Aleksandru Solomon üzərində parlaq qələbə qazanıb.
Yarımfinalda bolqarıstanlı Nestar Nedkovu məğlub edən Rəhmanov finala vəsiqə
qazanıb. Həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Levani Kavjaradzeyə vaxtından əvvəl qalib gələn idmançımız Avropa çempionu adını qazanıb.Gümüş medala isə yığmanın digər üzvü Azər Nəsibli (50 kq) layiq
görülüb.