Dənizkənarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyən etmə
idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok
yarışı keçirilib. Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyən etmənin
sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıdatəşkil olunan bir sıra idman növləri sırasına səmti müəyyən
etmə də daxil olub. Yarışda 26 komandanın tərkibində 280-ə yaxın idmançı müxtəlif
kateqoriyalar üzrə mübarizə aparıb. Onu da qeyd edək ki, keçirilmiş kubok yarışında
iştirak etmiş idmançı sayı ilə bu idman növü üzrə yeni rekord müəyyən olunub.”Elit” kateqoriyası üzrə kişilər arasında gərgin mübarizədə “Neftçi
İdman Klubu”nun təmsilçisi Gennadiy Klim fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Klubun digər yetirməsi Elina Babayeva isə “Junior” kateqoriyası üzrə qadınlar
arasında 2-ci olub.Qeyd edək ki, “Neftçi İdman Klubu” komanda hesabında ikinci yeri
tutub.