Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı
davam edir. Rio Olimpiadasına lisenziya xarakterli yarışda 46 ölkədən 394
idmançı (229 kişi, 165 qadın) mübarizəyə qoşulub.Azərbaycan milli komandası çempionatın ilk günündə bir
medala sahib olub.Bu medalı ölkəmizə “Neftçi İdman Klubu”nun cüdoçusu
Orxan Səfərov qazandırıb. 60 kq çəkidə çıxış edən idmançımız mübarizəyə
səkkizdəbir finaldan başlayıb. İlk görüşdə Lüksemburq cüdoçusu Tom Şmitə qalib
gələn idmançımız daha sonra əslən azərbaycanlı olan Belarus təmsilçisi Arif
Bağırovu məğlub edib. Növbəti qarşılaşmasında hollandiyalı Jeron Muren,
yarımfinalda isə İtaliya idmançısı Elios Mansin üzərində inamlı qələbə qazanan
Səfərov finala yüksəlib. Ancaq həlledici görüşdə o, fransalı Valid Xyara məğlub olub və Avropa çempionatının gümüş medalına
layiq görülüb.Klubun eyni çəkidə mübarizə aparan digər cüdoçusu
İlqar Müşkiyev isə 7-ci pillədə qərarlaşıb.Qeyd edək ki, qitə çempionatına aprelin 24-də yekun
vurulacaq.