Martın
23-də İran İslam Respublikasının paytaxtı Tehranda startı verilmiş güllə
atıcılığı üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda 6 komandanın tərkibində
80-ə yaxınidmançı mübarizəyə qoşulub.Klubumuzun
təmsilçisi Zərifə Qasımova qadınlar arasında keçirilən pnevmatik tapançadan 10
metr məsafəyə atəşaçma (40 güllə) yarışında 369 xal toplayıb və bürünc medal
qazanıb.Komandalar
arasında təşkil olunan yarışda isə “Neftçi İdman Klubu” 2-ci yeri tutub.