Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə
Avropa çempionatı davam edir.Yarışın üçüncü günündə “Neftçi İdman Klubu”nun sərbəst
güləşçisi Hacı Əliyev (61 kq) xalça üzərinə çıxıb. İkiqat dünya çempionumuz
mübarizəyə səkkizdəbir finaldan qoşulub. İlk öncə litvalı Şarinas Yurkis üzərində
asanlıqla qələbə qazanan (11:0) idmançımız, dörddəbir finalda Bolqarıstan təmsilçisi
Vladimir Dubovu da eyni hesabla məğlubiyyətə uğradıb. Yarımfinal görüşündə Əliyev
gürcüstanlı Vladimir Xinçeqaşvili ilə üz-üzə gəlib. Təəssüf ki, idmançımız bu dəfəqələbə seriyasını davam etdirə bilməyib. Bürünc medal
uğrunda mübarizədə ermənistanlı Valodya Franqulyanla qarşılaşan güləşçimiz rəqibini
7:0 hesabı ilə darmadağın edib və Avropa çempionatının bürünc medalına layiq
görülüb.