Hövsan Olimpiya İdman
Kompleksində pankration, qraplinq və MMA üzrə açıq Bakı çempionatı keçirilib. Gərgin
mübarizə şəraitində keçən yarışda paytaxt və bölgələrdən 300-dən çox idmançı qüvvəsini
sınayıb.”Neftçi İdman Klubu”nun
yetirmələri 5-i qızıl, 6-sı gümüş və 6-sı bürünc olmaqla, çempionatın 17
medalına sahib olublar. Pankrationçularımızdan Murad Zülfüqarov (46 kq), Elçin
Vəliyev (55 kq) və Ceyhun Qurbanov (62 kq) bütün döyüşləri qələbə ilə başa
vuraraq yarışın qalibi adını qazanıblar. MMA idman növündə isə Emin Səmədov (77
kq) və Mukayət Pirqaibov (105 kq) paytaxt çempionluğuna sevinənlər arasında yer
alıblar.