Klubumuz 2015-ci ildə böyük uğurlara imza atıbDövlətimizin bədən tərbiyəsi
və idmana göstərdiyi qayğı sayəsində Azərbaycanda idman daha da sürətlə inkişaf
etməyə başlayıb. Son illər respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində böyük işlər görülür, iri layihələr gerçəkləşdirilir. Paytaxtla yanaşı, bu
gün respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir
olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar
hazırlamaq imkanına malikdir. Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin
prezidentiİlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti, atılan düzgün addımlar
sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib.
Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların respublikamızdakeçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun əyani sübutudur. Ölkəmizin və idmanımızın sürətli inkişafının
nəticəsidir ki, ilk Avropa Oyunları da Azərbaycanda keçirildi.«Neftçi
İdman Klubu» idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından
iştirak edir. Belə ki, klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi
olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər,
klub peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və
Azərbaycan idmanına öz töhfəsini verir.2015-ci il ərzində klubun strukturunda
fəaliyyət göstərən qurğularda idmanın 36 növü üzrə 189 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə
yeniyetmə və gənc, eləcə də 900-dən artıq neftçi idmanla məşğul
olmuşdur.«Neftçi
İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna
daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və
onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman
xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. İl ərzində sözügedən işçilər
arasında mini-futbol (Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümünə və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş turnirlər), voleybol, stolüstü tennis, «Səmti müəyyən etmə»
və «Atam, anam və mən» (1 iyun –
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən
tərbiyəsi və idman tədbirləri, eləcə də
spartakiadatəşkil olunub keçirilmişdir ki, bu yarışlarda
da 1800-ə yaxın neftçi iştirak etmişdir.İdmanın kütləviləşməsi, sağlam
gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması
məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər
ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü)
ərəfəsində təşkil olunan spartakiadadır. 2015-ci ildə klubumuz tərəfindən neft,
qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilmişdir. Yarışa 31
müəssisədən olan komandaların tərkibində 1239 iştirakçı qatılmışdır ki,
onlardan da 293-ü qadınlar idi. Spartakiada iştirakçıları 14 idman növü
(atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat,
dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı)
üzrə mübarizə aparmışlar.Klubun digər fəaliyyət
istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük
uğurlar əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız
Atlanta, Sidney, Afina, Pekin və London olimpiadalarında iştirak etmiş və ölkəmizə
medallarla dönmüşlər. Bu gün də idmançılarımız bu uğurlu ənənəni davam
etdirməkdədirlər. Belə ki, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda
mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə
ucaltmaqda davam edirlər. Təkcə 2015-ci il ərzində idmançılarımız 1812 medal
qazanmışlar ki, onlardan da 704-ü qızıl, 473-ü gümüş, 635-i isə bürüncdür.İyunun 12-dən 28-dək davam
edən Bakı-2015 Birinci Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6000-dən çox
idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparmışlar.Azərbaycan komandası Rusiya
istisna olmaqla, Avropanın bütün nəhəng ölkələrini qabaqlayaraq bu oyunlarda 56
medal qazanmış və ümumi komanda hesabında 2-ci yeri tutmuşdur. Əldə olunmuş
medallardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür.Bakı-2015 ilk Avropa
Oyunlarında qazanılan uğurda “Neftçi İdman Klubu”nun təmsilçiləri böyük pay
sahibi olmuşlar. Belə ki, oyunlar zamanı idmançılarımıza dəstək məqsədilə
klubun əməkdaşları və onların ailə üzvləri, eləcə də idmançılarından ibarət
azarkeş qrupları yaradılmışdı. Bu qrupların min nəfər üzvü milli atributların,
dövlət bayrağımızın və Avropa Oyunlarının embleminin əks olunduğu idman
köynəkləri və baş geyimləri ilə təmin olunmuşdular. Xüsusi forma ilə təmin
olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparan idmançılarını böyük
alqış sədaları altında dəstəkləmiş və onları qələbəyə ruhlandırmışlar.İlk Avropa Oyunlarında
Azərbaycan milli komandasının heyətində ən çox yer alan və bu yarışlarda daha
çox medal qazanan idmançılar da məhz “Neftçi İdman Klubu”nun yetirmələri
olmuşdur. Klubumuz bu mötəbər yarışda 79 idmançı ilə təmsil olunmuşdu. Böyük
qürur hissi ilə qeyd etməliyik ki, qazanılan 56 medaldan 16-sı “Neftçi
İdman Klubu”nun atletlərinə məxsusdur. Bu medallardan 6-sı qızıl, 5-i
gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev,
Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov
(boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova,
İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova
(qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc
medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc
Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib
olmuşlar.Bundan əlavə, yola saldığımız
ildə klubun yetirmələrindən ağırlıqqaldıran Boyanka Kostova Avropa və dünya çempionatlarında
qızıl medal qazanmaqla bərabər, həm də qitə və dünya rekordlarını yeniləmişdir.
Güləşçilərimiz Hacı Əliyev və Rəsul Çunayevin dünya çempionatındakı parlaq
qələbələri, atlet Nazim Babayevin gənclər arasında Avropa rekordunu təzələməsi,
paralimpiyaçılarımızın Avropa və dünya çempionatlarında çoxsaylı rekordlar
vurması da ilin yaddaqalan və böyük uğurlarındandır.Təsadüfi deyil ki, ilin
yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş ilin ən güclü
10 idmançısından 5-i, ilin məşqçilərindən isə 3-ü məhz “Neftçi İdman Klubu”nun
təmsilçiləridir.2015-ci ildə təkmübarizlik növləri
ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur.
Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandası ölkə
çempionu olmuş, futzal komandamız sonuncu Azərbaycan çempionatında 4-cü yerə çıxmışdır.Bundan
əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən «Qaradağ
Lökbatan» komandası çempionatı 4-cü yerdə başa vurmuşdur.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub
komanda birinciliyində “Neftçi İdman Klubu” bütün yaş qruplarında təmsil
olunmuşdu. Uğurla çıxış edən 1999-cu il təvəllüdlülərdən ibarət komandamız
paytaxt birinciliyinin qalibi olmuşdur. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif
yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol
Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını
uğurla davam etdirməkdədirlər.Sadalanan bu uğurlar klubun il
ərzində qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Bütün bu göstəricilər «Neftçi
İdman Klubu»nun ölkədə lider idman cəmiyyəti olmasının açıq təzahürüdür. Ancaq
biz qazanılan bu uğurlarla kifayətlənmirik. Əksinə, daha uca zirvələrə
yüksəlmək üçün bu yolda inamla, əzmlə addımlamaq fikrindəyik.Hal-hazırda əsas hədəfimiz bu
il Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına
daha yaxşı hazırlaşmaq və orada ölkəmizi layiqincə təmsil edərək, Vətənə yüksək
nailiyyətlərlə dönməkdir. Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışır və bu
istiqamətdə bütün qüvvələrimizi səfərbər etmişik.Təbii ki, bu uğurların əldə
olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza mütəmadi
olaraq göstərdiyi diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun yaxından
köməkliyi sayəsində idmançılarımız üçün uğura aparan yolda hər cür şərait
yaradılmışdır. O, “Neftçi İdman Klubu”nun Bakı-2015 birinci Avropa Oyunlarında
medal qazanan idmançıları və onların məşqçiləri ilə görüş keçirmişdir.
Qazanılan böyük uğur münasibətilə klubun təmsilçilərini təbrik edən şirkət
rəhbəri onları pul və xatirə hədiyyələri ilə mükafatlandırmışdır. Bu da Rövnəq
Abdullayevin idmançılarımıza göstərdiyi qayğının əyani sübutudur.«Neftçi İdman Klubu» İctimai Birliyinin2015-ci il ərzində qazandığı medalların sayı haqqındaMƏLUMAT№YARIŞIN ADII YERQIZIL
MEDALII YERGÜMÜŞ MEDALIII YERBÜRÜNC
MEDALCƏMİ1AVROPA OYUNLARI655162DÜNYA5334391263AVROPA4318481094BEYNƏLXALQ TURNİRLƏR98761102845RESPUBLİKA2491291845626BAKI1671111213997DİGƏR YARIŞLAR88100128316CƏMİ:7044736351812