“Neftçi İdman Klubu” neft,
qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkil olunması,
onların və ailə üzvlərinin sağlamlıqlarının qorunmasını özünün prioritet məsələsi
hesab edir. Elə bu səbəbdən də klub mütəmadi olaraq onları bir araya gətirir və
həmin işçilər arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir.”Neftçi İdman Klubu” bu dəfə
neftçiləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş
mini-futbol turnirində bir araya gətirdi. Bu, ilin son turniri oldu.Yarışın keçirilməsində əsas
məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması,
onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də mini-futbolun kütləviləşməsinə
köməklik göstərilməsi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənəli
qeyd edilməsi idi.Turnir Suraxanı qəsəbəsində
yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.
Dekabrın 14-dən 18-dək davam edən ya­rışda 14 komanda dörd qrupda mübarizə
aparırdı: “A” qrupu – “Suraxanı Oyl” Əməliyyat Şirkəti, “Qaz İxrac” İdarəsi,
“Neftqaztikinti” Tresti, H.Z.Tağıyev adına NQÇİ, “B” qrupu – İnformasiya
Texnologiyaları və Rabitə İdarəsi, “Neftqazelmitədqi­qat­la­­­yi­hə” İnstitutu,
Qaz Anbarlarının İstismarı İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, “C”
qrupu – Nəqliyyat İdarəsi, “Abşeronneft” NQÇİ, “Siyə­zən­neft” NQÇİ, “D” qrupu
– Ekologiya İdarəsi, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental
İstehsalat Müəssisəsi və Maddi-Texniki Təc­hizat İdarəsi.Qaydaya görə, hər
yarımqrupdan ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanırdı.
Buna “A” qrupundan “Suraxanı Oyl” və “Qaz İxrac” İdarəsi, “B” qrupundan
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Heydər Əliyev adına Neft
Emalı Zavodu, “C” qrupundan Nəqliyyat İdarəsi və “Siyəzənneft” NQÇİ, “D”
qrupundan isə Ekologiya İdarəsi ilə Maddi-Texniki Təchizat İdarəsi müvəffəq
oldular. Adıçəkilən müəssisələr arasında “Qaz İxrac” İdarəsi, “Suraxanı Oyl”, Nəqliyyat
İdarəsi və Ekologiya İdarəsinin komandaları yarımfinala yüksəldilər. Bu mərhələdə
daha güclü təsir bağışlayan “Suraxanı Oyl” və “Qaz İxrac” idarələrinin
komandaları qələbə qazandılar və finala vəsiqə əldə etdilər. Üçüncü yer uğrunda
mübarizədə “Nəqliyyat” və “Ekologiya” komandaları üz-üzə gəldilər. Oyunun əsas
vaxtında hesab 2:2 olduğundan on bir metrlik cərimə zərbələrinə müraciət
olundu. Nəticədə “Ekologiya” 5:4 hesabıyla qalib gəldi. Həlledici final
qarşılaşmasında isə “Qaz İxrac” və “Suraxanı Oyl” komandaları görüşdülər. Hər
iki komanda axıra qədər əzmlə mübarizə apardı. Ancaq “Suraxanı Oyl”un rəqibindən
bir qədər üstün oyun nümayiş etdirməsi, futbolçuların daha dəqiq ötürmələrlə
oynaması sonda öz bəhrəsini verdi və bu komanda final yarışını 1:0 hesabı ilə
öndə tamamladı.Beləliklə, “Suraxanı Oyl”
Əməliyyat Şirkətinin komandası mini-futbol turnirinin qalibi adını qazandı.
“Qaz İxrac” İdarəsi 2-ci, Ekologiya İdarəsinin komandası isə 3-cü yeri tutdu.Bundan əlavə, “Neftçi İdman
Klubu” “ən yaxşı oyunçu”, “ən məhsuldar oyunçu” və “ən yaxşı qapıçı”
nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi
adına müvafiq olaraq, Xanoğlan Həsənov (“Suraxanı Oyl”), Pərviz Əliyev (“Qaz
İxrac” İdarəsi) və Sərdar Eyyubov (Ekologiya İdarəsi) layiq görüldülər.Turnirin sonunda təşkil
olunan mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi
üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə klubun idarəetmə aparatının rəhbəri
Sadıq Sadıqovun adından təbrik etdi. Onlara turnirdə göstərdikləri fəallığa görə
dərinminnətdarlığını bildirən natiq, yarış
iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar dilədi. Sonra o, qalib
komandaları qələbə münasibətilə təbrik etdi.”Neftçi İdman Klubu” 1-ci, 2-ci və 3-cü yerləri
tutmuş komandaları kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə
mükafatlandırdı. Bundan əlavə, nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim
olundu.