Cənubi
Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının ikinci günü də Azərbaycan
idmançıları üçün uğurlu olub.”Neftçi İdman Klubu”nun daha bir yetirməsi, 73 kq çəki dərəcəsində
ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə isveçli Tommi Masias, polşalı
Damian Şvarnoveski və Koreya təmsilçisi Sen-Ge Çai məğlub edərək başlayıb. Lakin
yarımfinalda cüdoçumuz belçikalı idmançı Dirk van Tiçeltə məğlub olub. Orucov
bürünc medal uğrunda döyüşdə daha bir Belçika təmsilçisi Sami Çouçi ilə
qarşılaşıb. Gərgin keçən mübarizədə Rüstəm Orucov rəqibini məğlub edərək Qran-Prinin
bürünc medalını qazanıb.81
kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digər iki cüdoçumuz – Əbdülhəqq Rəsullu
və Hüseyn Rəhimli isə məğlub olaraq mübarizəni dayandırmalı olublar.Qeyd
edək ki, klubumuzun daha bir üzvü -Orxan Səfərov (60 kq)da Qran-Prinin ilk günü bürünc medala sahib olub.