Çinin Qingdao şəhərində
keçirilən cüdo üzrə Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları
üçün uğurlu olub.”Neftçi İdman Klubu”nun daha bir yetirməsi,
73 kq çəki dərəcəsində dünya
reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş
medalını qazanıb. Finala gedən yolda ispaniyalı Kioşi Uematsu, Çin idmançısı
Yınjirqala Sai, Qazaxıstan təmsilçisi Dastan İkibayev və belçikalı Dirk van
Tiçelti məğlubiyyətə uğradan
Rüstəm Orucov həlledici görüşdə Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə qarşılaşıb. Burada isə təmsilçimiz
Asiya cüdoçusuna uduzaraq Çin Qran-Prisinin gümüş medalını qazanıb.Qeyd edək ki, Çin Qran-Prisində
yığmamızın aktivində 3 medal var. İlqar Müşkiyev (60
kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib
olub.