Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda X turun
oyunlarına yekun vurulub.Bu tur çərçivəsində “Qaradağ Lökbatan” komandası səfərdə “Turan Tovuz”la
üz-üzə gəlib. Son turlarda qələbələri sıralayanvə
bununla da turnir cədvəlinin 2-ci pilləsinə yüksələn komandamız bu dəfə də
meydandan qalib ayrılıb. Birinci hissədə tərəflərin qarşılıqlı həmlələrinə
baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Fasilədən sonra üstünlüyü əla alan
“Qaradağ Lökbatan” 54-cü dəqiqədə Elvin İsmayılovun vurduğu qolla önə keçib –
1:0. Hücumlarının kəsərini bir qədər də artıran Əfqan Talıbovun yetirmələri
69-cu dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıblar. Bu dəfə Əliqulu Mənəfov
“Turan Tovuz”u məyus edib. Matçın 80-ci dəqiqəsində rəqib komandanın oyunçusu
Azər Məmmədov təsəlli qolunu vurub. Beləliklə, qarşılaşma “Qaradağ Lökbatan”ın
2:1 hesablı qələbəsi ilə başa çatıb.Bununla da növbəti 3 xalını qazanan komandamız xallarının sayını 25-ə
çatdırıb və turnir cədvəlinin liderlər qrupundakı yerini bir qədər də
möhkəmləndirib.