Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışlarına start
verilib. Turnirin ilk günündə Azərbaycan milli komandasının 3 üzvü mübarizəyə
qoşulub.Cüdoçuların hər üçü “Neftçi İdman Klubu”nun yetirmələridir. 60 kq çəki
dərəcəsində mübarizə aparan Orxan Səfərov mübarizəyə
ikinci raunddan qoşulub. Argentinalı Ernan Birbrieranı məğlub edən cüdoçumuz
1/4 finalda komanda yoldaşı, bolqarıstanlı Yanislav Qerçev
və rusiyalı Dmitri Kulikova qalib gələn İlqar Müşkiyevlə qarşılaşıb. Azərbaycan
duelindən Müşkiyev qalib çıxıb. Yarımfinalda da uğurlu çıxışını davam etdirən
idmançımız bu mərhələdə Qazaxıstan cüdoçusu Aybəy İmaşevi məğlub edərək
finala yüksəlib. Həlledici görüşdə Hollandiya təmsilçisi Jeron
Murenə qalib gələn Müşkiyev qızıl medala sahib olub.Orxan Səfərov isə təsəlliverici görüşdə fransız Valid Hyara məğlub olaraq mübarizəni dayandırıb.66 kq çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Nicat Şıxəlizadə də mübarizəyə ikinci
mərhələdən qoşulub. O, ilk olaraq Monqolustan cüdoçusu Batgerel Battsetseqə
qalib gəlib. Daha sonra almaniyalı Rene Şneyderi məğlub edən
idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə Yaponiya təmsilçisi Kenqo Takaiçi
üzərində qələbə qazanan Nicat finalda daha inamlı çıxış edib. Onun monqolustanlı
idmançı Tumurxuleq Davadorj üzərində “ippon” fəndi ilə qələbə qazanması üçün cəmi 45
saniyə kifayət edib.Bununla da Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının
ilk günündə Azərbaycanın cüdo üzrə milli komandası aktivinə 2 qızıl medal
yazdırıb.