Milli
Olimpiya Komitəsində İcraiyyə Komitəsinin üzvü, “Neftçi İdman Klubu” İctimai
Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
Sadıq Sadıqovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
idman ictimaiyyətinin nümayəndələri – tanınmış idmançılar və mütəxəssislər
iştirak edirdilər.Azərbaycan
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək
Sadıq Sadıqovun ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafındakı xidmətlərindən
danışdı və bu fəaliyyətinə görə ona təşəkkürünü bildirdi. MOK rəsmisi qeyd etdi
ki, hələ sovet dövründən bu klub idmanın inkişafına böyük dəstək verib, Olimpiya,
dünya, Avropa çempionları yetişdirib. Çingiz Hüseynzadə Sadıq Sadıqovun Cüdo
Federasiyasının vitse-prezidenti kimi də uğurla fəaliyyət göstərdiyini
vurğuladı.MOK-un
vitse-prezidenti idman sahəsindəki xidmətlərinə görə yubilyarı xüsusi hədiyyə
ilə təltif etdi.Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev də çıxışında Sadıq Sadıqova ən
xoş arzularını çatdırdı və onun fəaliyyətini yüksək qiymətləndirdi. O,
yubilyarın Azərbaycan idman ictimaiyyəti arasında bacarığı və işgüzarlığı ilə
seçildiyini söylədi.Azərbaycan
Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Olimpiya kateqoriyalı
hakim Hicran Şərifov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif
Abbasov, Olimpiya çempionu Namiq Abdullayev, MOK-un baş katibi Ağacan Abiyev, əməkdar
məşqçi Ağayar Axundzadə və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev
Sadıq Sadıqovun fəaliyyəti dövründə əldə etdiyi uğurlardan söhbət açaraq onu
peşəkar, hər kəslə dil tapmağı bacaran idarəçi kimi dəyərləndirdilər. Natiqlər
yubilyarın hələ “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olduğu dönəmdə 3 dəfə
Azərbaycan çempionluğu, 2 dəfə ölkə kuboku və Avropa
Liqasının qrup mərhələsinə vəsiqə sevinci yaşadığını söylədilər. Onlar öz xatirələrini
bölüşdülər, yubilyarı təbrik edərək, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində
uğurlar dilədilər.Tədbirin
sonunda Sadıq Sadıqova MOK və idman ictimaiyyətinin hədiyyələri təqdim olundu.Səmimi təbriklərə
və xoş sözlərə görə təşəkkürünü bildirən yubilyar Azərbaycanda idmanın
inkişafı, Olimpiya Hərəkatının genişlənməsi yolunda bundan sonra da səylə
çalışacağını bildirdi.