“Neftçi” İdman Klubunun daha bir paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən İBSA Qran-prisin medalla başa vurub. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarışın gümüş mükafatına layiq görülüb.Xatırladaq ki, ötən gün klubumuzun digər təmsilçisi Şəhanə Hacıyeva (48 kq) bürünc medal qazanmışdı.