“Neftçi” İdman Klubunun paracüdoçusu Şəhanə Hacıyeva Bakıda keçirilən IBSA Qran-prisində uğurlu nəticəyə imza atıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən idmançımız turnirin bürünc medalını qazanıb.Qeyd edək ki, “Neftçi” İdman Klubunun baş meneceri, Görmə Əngəllilərin İdman Assosiasiyasının Cudo Komitəsinin Avropa üzrə koordinatoru Elmar Babanlı 73 kiloqram çəkidə qaliblərə mükafatları təqdim edib.Milli Gimnastika Arenasında təşkil olunan yarışa sentyabrın 27-də yekun vurulacaq.