Bu gün futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib. Bakı İdman Sarayında keçirilən 2023-2024-cü il mövsümünün ilk matçında “Neftçi” “Baku Fire” komandası ilə qarşılaşıb. Oyundan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Gərgin mübarizə şəraitində keçən görüş 5:5 hesablı bərabərliklə yekunlaşıb. Komandamızın qollarına Fərid Atakişiyev (1:14), Ülvi Əliyev (18:02), Vahib Xocayev (18:55, 36:50) və Namiq Məmmədkərimov (37:42) imza atıb.