Bu gün “Neftçi” İdman Klubunun iki cüdoçusu inamla mübarizə apararaq, Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub. Bu uğura Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) imza atıblar.Hidayət Heydərov finalda Moldova təmsilçisi Pyotr Pelivanla qarşılaşıb.Rəqibinə “ippon”la qalib gələn idmançımız karyerasında 5-ci dəfə “Böyük dəbilqə”nin qızıl medalını qazanıb.Zelim Tçkayev isə həlledici dueldə avstriyalı Şamil Borçaşvilini məğlubiyyətə uğradıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xatırladaq ki, ötən gün klubumuzun təmsilçilərindən Yaşar Nəcəfov (66 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medala sahib olub.